Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı ilə guya ucuz məhsul satışı, məhdud sayda endirim aksiyaları, xeyriyyə aksiyaları və ya sosial yardım proqramları təşkil edildiyini bildirərək istifadəçiləri saxta keçidlərə yönləndirməyə cəhd edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qeyd edilib ki, əksər hallarda saxta saytlar vizual olaraq rəsmi qurumların və ya tanınmış şirkətlərin internet səhifələrinə bənzədilir, domen adlarında isə kiçik dəyişikliklər edilməklə istifadəçilərin diqqətindən yayınmağa çalışırlar. Bu üsulla vətəndaşların bank kartı məlumatlarını, fərdi məlumatlarını, eləcə də istifadəçi hesablarını ələ keçirməyə cəhd göstərirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, daxil olduqları internet səhifələrinin ünvanını diqqətlə yoxlamağa, kampaniya və aksiyalar barədə məlumatları yalnız rəsmi mənbələrdən yoxlamağa, şübhəli keçidlərə klik etməməyə çağırıb.
Oxşar xəbərlər
Ağ turpun bilmədiyimiz faydaları
Ağ turp çox faydalı tərəvəzdir və həm xammal, həm də bişmiş halda yeyilə bilər. Onun tərkibi orqanizm üçün vacib olan vitaminlər, mineral maddələr və enzimlərlə...