Sarımsaq həqiqətən də xərçəngdən qoruyur?
Yeniliklərdən dərhal xəbərdar olun
Sarımsaq əsrlərdir həm yeməklərdə ədviyyat, həm də təbii dərman kimi istifadə olunur. Onun barəsində ən çox yayılmış fikirlərdən biri xərçəngdən qorumasıdır. Bəs görəsən həqiqətən də sarımsaq xərçəngə qarşı qalxan rolunu oynayır?
BAKU.WS xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar bu bitkinin bəzi xərçəng növlərinə qarşı qoruyucu təsirə malik ola biləcəyini göstərib.
Mütəxəssislərin sözlərinə görə, sarımsağın tərkibindəki allicin adlı maddə güclü antioksidant xüsusiyyətə malikdir və orqanizmdə xərçəng hüceyrələrinin yaranmasını və çoxalmasını müəyyən dərəcədə əngəlləyə bilər.
Tədqiqatlar xüsusilə mədə, yoğun bağırsaq, ağciyər və döş xərçəngi riskinin sarımsaqla qidalanan insanlarda daha az ola biləcəyini göstərir. Bununla belə, həkimlər qeyd edirlər ki, sarımsağın xərçəngə qarşı müalicə vasitəsi kimi deyil, profilaktik (qoruyucu) qida kimi qəbul edilməsi vacibdir.
Diyetoloqların tövsiyəsinə görə, gündəlik rasionda 1-2 diş təzə sarımsağın yer alması immun sistemini gücləndirir, orqanizmdə iltihabı azaldır və hüceyrələrin sağlam qalmasına kömək edir.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...