Sabah səhər yağıntılar tədricən kəsiləcək

Sabah səhər yağıntılar tədricən kəsiləcək
Digər 95

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Oxşar xəbərlər

Rza Zərrabın həyatı film olacaq

Rza Zərrabın həyatı film olacaq

İranlı iş adamı Rza Zərrabla bağlı yeni xəbər yayılıb.  BAKU.WS xəbər verir ki, adını Aron Qoldsmit olaraq dəyişən Zərrab "Netlix"lə müəyyən məbləğ qarşılığında...

173 Digər 16:35 17 sentyabr 2025

Son xəbərlər