Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər
Rusiyanın Moskva vilayətinin Orexovo-Zuyevo şəhər dairəsinin Kabanovo kəndində altıncı sinif şagirdinin qətlində şübhəli bilinən iki məktəbli saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şübhəlilər 15 və 16 yaşlı qızlardır.
Məlumata görə, yeniyetmələr cinayəti əvvəlcədən planlaşdırıblar. Onlar oğlanı görüşmək bəhanəsi ilə tərk edilmiş binaya aparıblar.
Altıncı sinif şagirdi avqustun 26-da itkin düşüb. Hazırda hadisənin bütün detalları araşdırılır.
Moskva vilayəti prokurorluğunun məlumatına görə, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.
Yaxın vaxtlarda məhkəmə iki yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.
Oxşar xəbərlər
İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab
Bəzi riyazi modellərə əsasən, insan ömrünün nəzəri həddi təxminən 150 il ola bilər. Lakin alimlər bu rəqəmin elmi cəhətdən qəti şəkildə sübut olunmadığını bildi...