Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər
Rusiya, Özbəkistan və Azərbaycan Məhəmməd peyğəmbərin xüsusiyyət və fəzilətlərinə həsr olunmuş "Şəmail ən-Nəbi" ("Peyğəmbərin fəzilətləri") əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dini İdarəsi sədrinin birinci müavini, "Mədinə" nəşriyyat evinin (Rusiya) rəhbəri Dəmir Muxitdinov Beynəlxalq mediaforum çərçivəsində keçirilən "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları" plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, əlyazmanın əsli Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanılır. Mətn 1859-cu ildə Şihabətdin Mərcaninin şagirdi olmuş tatar şərqşünas alim Hüseyn Faizxanov tərəfindən yenidən yazılıb.
O qeyd edib ki, İslam Araşdırmaları Mərkəzi (Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun struktur bölməsi) ilə əməkdaşlıq müqaviləsi 2024-cü il avqustun 27-də imzalanıb, bundan sonra layihə üzərində işlər başlayıb.
Kitab rus dilinə Elmir Quliyev tərəfindən tərcümə edilib.
"Müasir tərcümə, ilk nəşr həm də geniş oxucu kütləsini, ilk növbədə isə müsəlman şagirdlərini bu gözəl əsərlə tanış etməyə kömək edəcək", - o qeyd edib.
Xəbər yenilənir
Oxşar xəbərlər
Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər iki ölkənin ictimai həyatında geniş şəkildə öz əksini tapır və dostluq əlaqələrinin möhkəmlənməsinə Tür...