Rejissor Ziya Şıxlinski: "Azərbaycanda kino ölüb, basdıranı yoxdur"

Rejissor Ziya Şıxlinski: Azərbaycanda kino ölüb, basdıranı yoxdur
Digər 63

"Mənim ilk sənədli filmimin adı "Хотят ли русские войны?" ("Ruslar müharibə istəyirmi?") idi. 20 Yanvar hadisəsi baş verəndən bir həftə sonra bu film üzərində işləməyə başladım. Mən film üçün açar tapmışdım ki, təkcə Azərbaycanda yox, bütün ölkələr bu filmə münasibət bildirə bilsin. Mən öz filmlərimdə çalışırdım ki, insanlar düşünsün, onları düşünməyə çağırırdım".

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya müsahibə verən rejissor Ziya Şıxlınski deyib.

O qeyd edib ki, filmdə əvvəl digər ölkələrdə müxtəlif illərdə baş vermiş hadisələr, ən sonda isə Bakıda yaşanan faciə əks olunub:

"Beləliklə, bu filmə xaricdə baxanda Bakının faciəsini öz faciələri kimi qəbul edirdilər. Əvvəllər Tbilisinin adını yazırdılar, Bakını isə yazmırdılar. Bu filmdən sonra Bakının da adını yazmağa başladılar".

"Ondan sonra biznesmen qohumum mənə dedi ki, biz səninlə fəxr edirik, sən yenə niyə kino çəkmirsən? 1995-ci ildə də kino ölmüşdü. Kino Lenin kimi idi. Düzdür, indi də elədir. Ölüb, basdıranı yoxdur. Kino haqqında danışırlar, mükafatlar verirlər. Amma küçədə bir adamı saxla, soruş ki, sən son 10 ildə axırıncı dəfə Azərbaycanın hansı filminə baxmısan? Deyəcək ki, get işinlə məşğul ol", - Z.Şıxlınski deyib.

Oxşar xəbərlər

Son xəbərlər