Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı musiqiçi, reper Ramil Nabran olub. O, müasir cəmiyyətin sosial şəbəkə vərdişlərindən və mənəvi dəyərlərin aşınmasından söz açıb:
"İndi cəmiyyətin böyük hissəsi sosial şəbəkələrdə neqativə və ucuz mövzulara meyillidir. Şəhidin ad günü ilə bağlı videoya baxmayıb çevirirlər, amma kiminsə şəxsi həyatını izləyirlər. Vətən kimi mühüm dəyərlər arxa plana keçib, yerini bayağı əyləncə tutub".
Ramil Nabran həmçinin şou-biznes mühitindən danışıb:
"Şou-biznesdə vicdan minimuma enir, çünki vicdanlı olanı tapdalayırlar. Burada peşəkarlıq və ən əsası cəsarət lazımdır. Cəsarətin varsa, özünü qoruya bilərsən. İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar. Çünki ucuz gündəmlə söyüş, nifrət qazananlar, bayağı mahnı oxuyanlar cəmiyyətin daha çox marağını çəkir".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...