Qvadelupa adasında insident: Avtomobili Milad yarmarkasına yığışan insanların üzərinə sürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın dənizaşırı bölgəsi olan Qvadelupa adasının Sent-Ann şəhərində sürücü avtomobili Milad bazarında izdihamın üzərinə sürüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, insident zamanı 19 nəfər yaralanıb ki, onların içində uşaqların da olduğu deyilir. Yerli medianın məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Həmçinin 10 nəfərin öldüyü iddia olunur.
Hadisəni araşdıran dövlət məmuru sürücünün alkoqol və narkotik vasitənin təsiri altında olduğunu bildirib.
Şahidlər kişinin sükan arxasında olduğu zaman vəziyyətinin pisləşdiyini ehtimal edirlər, lakin bu da rəsmi olaraq təsdiqlənməyib. Hazırda araşdırma aparılır.
Şəhər meri zərərçəkmişlərə və onların ailələrinə dəstək üçün böhran qrupu yaradıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...