Qurban bayramında toyuq, xoruz kəsmək olar?
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Qurban bayramıdır. Bir çox insan heyvan kəsməyə hazırlaşır.
İnsanlar arasında bayramda xoruz, toyuq və digər quşlardan qurban kəsilməyin mümkün olub-olmadığı barədə müzakirələr aparılır.
Toyuq, xoruz, yaxud quş kimi heyvanları qurban kəsilmək olarmı?
Bu suala cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.
Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, İslamda toyuq, xoruz və digər quşları qurban kimi kəsmək, ümumilikdə Qurban bayramı və ya nəzir qurbanı məqsədilə caiz deyil:
"Qurban yalnız Qurban bayramı günündə halal dördayaqlı heyvanlar - qoyun, inək, camış və dəvə - üçün keçərlidir. Baxmayaraq ki, toyuq və xoruz kəsilib yeyilə bilər, kiməsə ehsan da edilə bilər, lakin bu əməl qurban sayılmır".
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...