Qucaqlaşmaq bu xəstəlikləri sağaldır - Həkim açıqlayıb

Qucaqlaşmaq depressiya, ürək xəstəliyi və mədə-bağırsaq traktının xəstəliklərinin inkişaf riskini azaldır.
BAKU.WS xəbər verir ki, bunu "Moskva 24"ə açıqlamasında rusiyalı psixoloq Sofiya Sulim deyib.
Onun sözlərinə görə, Çində subay qızlar emosional dəstək almaq üçün kişilərə qucaqlaşmaq müqavilində pul ödəyir. Belə xidmətin hər 5 dəqiqəsi üçün müştərilərdən 7 dollar alınır.
Psixoloqun fikrincə, bu cür təkliflər müasir cəmiyyətdə tənhalığın yüksək səviyyəsi ilə bağlıdır.
"Üstəlik, bu gün "canlı" münasibətlər mədəniyyəti itirilib. Artıq münasibətlər internetdə ünsiyyətlə əvəz olunur, süni intellekt sahəsinə keçir", - həkim bildirib.
Eyni zamanda qucaqlaşma zamanı orqanizmdə oksitosin hormonu ifraz olunur. Bu, mənəvi rahatlıq hissi verir və bizə bir şey toxunduqda sintez olunur. Müəyyən dərəcədə bu hormon ana hesab olunur, çünki onun səviyyəsi kiçik uşaqları olan qadınlarda kifayət qədər yüksəkdir.
HƏkim deyir ki, oksitosin daxili vəziyyəti yumşaldır, çünki antistres kimi çıxış edir.
"Hormon depressiya kimi ciddi psixoloji patologiyaların inkişaf riskini azaltmağa kömək edir. Bu da öz növbəsində ürək-damar və mədə-bağırsaq xəstəliklərinə qarşı profilaktik tədbirə çevrilir", - mütəxəssis yekunlaşdırıb.
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
