Qramla satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ - Bu xəstəliklərə yol açır

Qramla satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ - Bu xəstəliklərə yol açır
Digər 116

Son illərdə ucuz qiymətinə görə bir çox insanın üstünlük verdiyi qramla satılan ətirlər, mütəxəssislərə görə, sağlamlıq üçün ciddi risklər yaradır. Əsas problem bu məhsulların tərkibində gizlənən maddələrdədir.

BAKU.WS xəbər verir ki, bu tip ətirlərdə tez-tez formaldehid, metanol, ftalatlar və sintetik aromatik yağlar kimi maddələr olur.

Bu maddələr yalnız xoş qoxu vermir, həm də dəridən sorularaq qan dövranına qarışa bilir. Nəticədə allergiya, baş ağrısı, tənəffüs çətinliyi, hətta hormon pozğunluqları riski artır.

Keyfiyyətsiz ətirlərdə tez-tez sintetik aromatik maddələr, formaldehid, ftalatlar və metanol kimi ucuz, amma təhlükəli komponentlər yer alır. Bu maddələr allergiya, baş ağrısı, göz və boğazda yanma hissi yarada bilər.

Həmçinin qramla satılan ətirlər çox vaxt saflaşdırılmamış efir yağları və ya yüksək miqdarda spirt ehtiva edir. Həssas dəridə qızartı, qaşınma, səpgilər yarada bilər.

Tez-tez orijinal ətir kimi təqdim olunan, amma ucuz xammalla hazırlanmış saxta qarışıqlardır. İstehsal prosesi gigiyena qaydalarına uyğun olmaya bilər. Keyfiyyətsiz parfümlərdəki bəzi uçucu maddələr (xüsusilə benzol və toluen) tənəffüs yollarında iltihab yarada bilər. Astma və allergiyası olanlarda vəziyyəti ağırlaşdıra bilər.

Bəzi sintetik ətir komponentlərinin xroniki istifadəsi hormon balansını poza, hətta xərçəng riskini artırmaqla əlaqələndirilir (xüsusilə ftalatlar).

Oxşar xəbərlər

Son xəbərlər