Qələbəyə gedən yolda nələr yaşandı? - "Zəfərimiz xarici ölkələrdə dərsliyə salınıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şaiq Məmmədov Baku TV-yə keçdiyi döyüş yolundan danışıb.
O bildirib ki, ordu sıralarına 1991-ci ildə qoşulub. 1992-ci ilin aprel ayında 239 saylı xüsusi təyinatlı batalyon formalaşdırılıb və ilk döyüş tapşırığı ilə Ağdərə rayonuna ezam olunublar.
Ş.Məmmədovun sözlərinə görə, döyüşlərin birində düşmənin atdığı minaatan mərmisi onun olduğu səngərə düşüb: "Həmin vaxt yanımda olan bir neçə əsgər şəhid oldu, mən isə ağır yaralandım".
O vurğulayıb ki, 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı da səfərbərlik çağırışına qoşularaq döyüşlərdə iştirak edib və Azərbaycanın tarixi Zəfərinə şahidlik edib. Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar dünyanın müxtəlif dövlətlərinin diqqət mərkəzindədir:
"Bir çox ölkələr Azərbaycan Ordusunun döyüş təcrübəsinə böyük maraq göstərir. Ordumuzun qazandığı təcrübə artıq xarici ölkələrin hərbi dərsliklərində də istifadə olunur".
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...