Qəfil başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Qəfil başgicəllənmə insultun əlaməti ola bilər.
BAKU.WS xəbər verir ki, Dr. Hikmət Dolu qəfil başgicəllənmə və tarazlıq itkisini insultun ilkin əlaməti kimi dəyərləndirib. O bildirib ki, insult zamanı beynin qan və oksigenlə təminatı pozulur, bu isə hüceyrələrin sürətli ölümünə səbəb olur. Erkən müdaxilə beyin zədəsini azalda bilər.
İnsultun əsas əlamətləri: nitqdə çətinlik, üz və ətraflarda keyimə, görmə pozğunluğu, başgicəllənmə, huşun itməsi və kəskin baş ağrısıdır. Qadınlarda insultdan ölüm halları kişilərə nisbətən daha yüksəkdir.
Risk faktorlarına yüksək təzyiq, şəkər, siqaret, artıq çəki və fiziki passivlik daxildir.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...