Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
"Böyük Qayıdış" I Dövlət Proqramına görə Qarabağda və Şərqi Zəngəzurda aparılan kompleks bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının yeni real mənzərəsidir. Həmin ərazilərdə aparılan yeni quruculuq işləri, həyata keçirilən layihələrin hər biri Azərbaycan vətəndaşının konstitusiya hüquqlarının təminatına hesablanıb.
Regionda artıq müasir dövrün tələblərinə uyğun yeni altı məktəbəqədər və 11 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib. Xankəndidə Qarabağ Universitetinin açılışı regionun təhsili üçün yeni perspektivlər açır. Qarabağ Universitetində altı fakültə, 10-12 ixtisas üzrə 1150 tələbə təhsil alır. Növbəti ildən tibb fakültəsinin və klinikanın yaradılması planlaşdırılır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, regionda onun sosial-iqtisadi imkanlarına uyğun peşə təhsili şəbəkəsinin qurulması da nəzərdə tutulur:
"Artıq Şuşa peşə təhsili müəssisəsinin yenidən qurulmasına, Füzulidə yeni müəssisənin tikintisinə, Ağdam, Zəngilan, Qubadlıda layihələndirmə işlərinə başlanıb. Regionda intensiv qısamüddətli peşə təhsili layihələri də tətbiq edilir".
Oxşar xəbərlər
ABŞ-də yarışçı son 12 km məsafəni geriyə doğru sürdü
ABŞ-də keçirilən "Laughlin Desert Classic" səhra yarışında qəribə hadisə baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yarış zamanı nəqliyyat vasitələri...