Pulsuz VPN xidməti dayandırılır

Pulsuz VPN xidməti dayandırılır
Digər 178

Microsoft şirkəti pulsuz VPN xidmətini 28 fevral 2025-ci il tarixindən etibarən dayandıracaq.

BAKU.WS xəbər verir ki, bu barədə Windows Central nəşri məlumat yayıb.

Pulsuz VPN xidməti 2023-cü ildə Microsoft 365 tətbiqlərində istifadəyə verilmişdi. Şirkət bu funksiyanın qorunmasız vebsaytlara daxil olarkən avtomatik aktivləşdiyini və istifadəçilərə aylıq 50 GB pulsuz trafik təqdim etdiyini bildirmişdi.

Şirkətin dəstək bölməsində edilən yeniləməyə əsasən, Microsoft 365 Personal və Family versiyalarında VPN xidməti 28 fevral 2025-ci ildən etibarən əlçatan olmayacaq. Microsoft bu qərarın səbəbini açıqlamasa da, "müştərilərin ehtiyaclarına daha uyğun yeni alətlərə investisiya yatıracağını" bildirib.

Mütəxəssislər qeyd edirlər ki, Microsoft VPN xidmətini ləğv etmək qərarını Microsoft 365 abunəlik qiymətlərini artırdıqdan bir neçə həftə sonra elan edib. ABŞ-də Microsoft 365 Personal abunəliyinin qiyməti 9,99 dollara, Home versiyası isə 12,99 dollara yüksəlib.

Oxşar xəbərlər

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Araşdırmalar göstərir ki, körpələrin ağlama tezliyi doğulduqları ayla müəyyən qədər əlaqəlidir. Tədqiqatlara görə, oktyabr–dekabr aylarında doğulan uşaqlar daha...

196 Digər 23:34 06 sentyabr 2025

Son xəbərlər