Polşa və Rumıniya "Pfizer"ə 1.9 milyard avro ödəyəcək
Brüssel Şəhər Məhkəməsi Rumıniya və Polşanı COVID-19 əleyhinə artıq qalan peyvəndlərə görə "Pfizer" şirkətinə 1.9 milyard avro ödəməyə məhkum edib. Ölkələr bu peyvəndləri Avropa Komissiyasının bağladığı müqavilələr əsasında almaq öhdəliyi götürmüşdülər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmə şirkətin tələbini təmin edərək COVID-19 peyvəndləri üzrə müqavilə öhdəliklərinin tam ödənilməsinə qərar verib: Polşa tərəfindən 1.3 milyard avro, Rumıniya tərəfindən isə 600 milyon avro ödənilməlidir.
Hər iki ölkə 2022-ci ildə peyvəndlərin alışını davam etdirməkdən imtina etmişdi. Bu qərar ehtiyatların həddindən artıq çox olması, preparatların koronavirusun yeni ştamlarına qarşı səmərəsizliyi, həmçinin Ukraynadakı münaqişə səbəbindən büdcə vəsaitlərinin çatışmazlığı ilə əsaslandırılmışdı.
"Pfizer" Polşa və Rumıniya hökumətlərinə qarşı iddianı 2023-cü ildə qaldırıb. İddia peyvəndlərin alışı üzrə müqavilələrin bağlandığı yer olan Brüssel məhkəməsinə təqdim edilib.
Oxşar xəbərlər
Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ
Bu gün Azərbaycanda bilik günüdür. BAKU.WS olaraq Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ankara Məktəbi" məktəb-liseyində olduq. Məktəbin direktoru Arzu...