Pişiyi yeyən qadın 1 il həbs cəzası aldı

Pişiyi yeyən qadın 1 il həbs cəzası aldı
Foto
Digər 588

ABŞ-nin Ohaio ştatının Kanton şəhərində pişiyə işgəncə edib yeyən qadın məhkəmə qarşısına çıxarılıb.

BAKU.WS New York Post-a istinadən xəbər verir ki, 27 yaşlı Aleksis Ferrell avqust ayında qonşularının gözü qarşısında pişiyin başına basaraq onu öldürüb, daha sonra isə heyvanın ətini yeyib.

Pişiyi yeyən qadın 1 il həbs cəzası aldı

Qonşuların polisə məlumat verməsindən sonra saxlanılan Ferrellə ev heyvanlarına qarşı amansız davranış ittihamı irəli sürülüb. Lakin qadın özünü "psixi cəhətdən qeyri-sabit" elan edib.

Dekabrın 2-də məhkəmədə çıxış edən hakim Frank Forçivan qadının hərəkətini "dəhşətli və alçaldıcı" adlandırıb:

"Bu davranış nəinki rayonunuzu və ölkənizi, həm də size - özünüzü biabır edib."

Ferrell bu cinayətinə görə 1 il həbs cəzası alıb. Bu cəza daha əvvəlki iki cinayətinə görə aldığı 18 aylıq həbs müddətinə əlavə olunacaq. Məlumata görə, qadın 2019-cu ildə oğurluq, 2023-cü ildə isə öz uşağını təhlükəli vəziyyətdə qoymaq cinayətlərinə görə məhkum olunmuşdu.

Son xəbərlər