Peşə təhsili müəssisələrinə qəbulun ilk mərhələsinin NƏTİCƏLƏRİ AÇIQLANDI

Peşə təhsili müəssisələrinə qəbulun ilk mərhələsinin NƏTİCƏLƏRİ AÇIQLANDI
Digər 20

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun 1-ci mərhələsinin nəticələri açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 23-dən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

"Müsabiqədən uğurla keçən namizədlər avqustun 25-i saat 18:00-dək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər