Payızda saç tökülməsinin səbəbləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Payızda saç tökülməsinin səbəbləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, mütəxəssislər payız fəslində saçların daha çox tökülməsinin səbəblərini açıqlayıb. Onların sözlərinə görə, bu dövrdə gün işığının azalması və havanın dəyişməsi saçların həyat dövrünə təsir edir.
Dermatoloqlar bildirir ki, yay aylarında saç folikulları günəşin təsiri ilə aktivləşir və payızda bu aktivlik azaldıqca saçların tökülməsi müşahidə olunur. Həmçinin qidalanma və vitamin çatışmazlığı, stress və hormonal dəyişikliklər saç tökülməsini artıran əsas amillərdən hesab edilir.
Ekspertlər tövsiyə edir ki, payızda saç tökülməsinin qarşısını almaq üçün balanslı qidalanmaq, saç baxımına diqqət yetirmək və lazım gələrsə, vitamin dəstəyi qəbul etmək lazımdır. Belə tədbirlər saçların sağlamlığını qorumağa və tökülməni azaltmağa kömək edir.
Oxşar xəbərlər
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən tikinti şirkətinin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb o...