Paris-2024 medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək
Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib. MOK-dan verilən məlumata görə, Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib.
Bildirilib ki, yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndərilib. Təqdimat mərasimində hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.
Qeyd edək ki, mərasim MOK-un inzibati binasında baş tutacaq və Olimpiya mükafatçıları xüsusi dəvət əsasında tədbirdə iştirak edəcəklər.
Oxşar xəbərlər
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Tanınmış həkim Surac Kukadia kofedən imtina etmək üçün mühüm səbəbləri açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" nəşrinin yaydığı məlumatda əks olun...