Parasetamol həqiqətən kişi sağlamlığına zərərlidir? - Həkimdən 3 dərmanla bağlı XƏBƏRDARLIQ

Britaniya və Danimarka alimləri parasetamolun kişi cinsi aktivliyinə mənfi təsir göstərdiyi qənaətinə gəliblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı uroloq Andrey Smernitsky, məşhur dərmanın həqiqətən kişilərin sağlamlığını poza biləcəyini deyib.
O, həmçinin qeyd edib ki, bu hal yalnız preparatın həddindən artıq dozada qəbulu zamanı baş verir.
Həkim dərmanın qaraciyər, böyrək və xayalar üçün zəhərli olduğunu xatırladıb.
"Nəhayət, qanda testosteronun səviyyəsi azala bilər və testosteron spermanın normal yetişməsindən məsuldur. Buna görə də, parasetamol qəbulundan, lakin (bu, əsaslı şəkildə vacibdir) böyük dozalarda, sperma səviyyəsinin, miqdarının, onların hərəkətliliyinin, keyfiyyətinin və canlı formaların sayının azalması gözləmək olar", - deyə uroloq izah edib.
Onun sözlərinə görə, bu, təkcə parasetamola deyil, digər qeyri-steroid iltihab əleyhinə preparatlara da aiddir: məsələn, ibuprofen, analgin, ketanal və s. Belə ki, onların hamısı uzun müddət və böyük dozada qəbul edildikdə kişilərin sağlamlığına mənfi təsir göstərə bilər.
Oxşar xəbərlər
Şəkər xəstələrinin TƏBİİ DƏRMANI - Bu meyvənin yarpağını dəmləyib için
Moruq yarpağı çayı şirin bir şey yedikdən sonra qan şəkərinin və insulin səviyyəsinin yüksəlməsini ləngidə bilər. BAKU.WS xəbər verir ki, Ridinq Universitetini...
