Övladı məktəbə gedən valideynlərinə NƏZƏRİNƏ - Hər uşağın öz yerini tapdığı sinif

Övladı məktəbə gedən valideynlərinə NƏZƏRİNƏ - Hər uşağın öz yerini tapdığı sinif
Digər 115

"İnklüziv təhsil təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbə qəbul edilməsindən ibarət deyil. Bu, hər bir uşağın fərqli qabiliyyət və ehtiyaclarının nəzərə alındığı, qəbul və anlayış üzərində qurulan bir təhsil fəlsəfəsidir. Mənim üçün inklüzivlik – "hamının eyni olması" yox, hamının fərqli olmasına baxmayaraq eyni dəyəri daşımasıdır".

Bu barədə loqoped-defektoloq Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, inklüziv məktəb bu fərqlilikləri "problemi" kimi deyil, öyrənmə potensialının müxtəlif formaları kimi qəbul edir.

Övladı məktəbə gedən valideynlərinə NƏZƏRİNƏ - Hər uşağın öz yerini tapdığı sinif

"Loqoped kimi hər gün fərqli uşaqlarla işləyərkən görürəm ki, inkişaf tempində, nitq bacarığında, diqqət səviyyəsində fərqliliklər hər bir uşaqda mövcuddur.

Belə məktəblərdə uşaqlar bir-birindən öyrənir, empatiya və qəbul hissləri inkişaf edir. Məsələn, nitqində gecikmə olan uşaq sinif yoldaşından sosial cəhətdən öyrənərkən, digəri ondan səbir və qayğı hissini mənimsəyir. Bu qarşılıqlı təsir hər iki uşaq üçün də inkişafedici olur.

Mənim müşahidələrimə görə, uşaqların davranış, nitq və sosial bacarıqları ən çox qarışıq mühitlərdə formalaşır. Ayrı siniflərdə və ya "xüsusi otaqlarda" təcrid olunan uşaqlar özlərini digərlərindən fərqli, bəzən də "çatışmaz" hiss edirlər. Halbuki, inklüziv mühitdə uşaq özünü cəmiyyətin tam üzvü kimi görür.

Bu isə onun nitq inkişafına, özünü ifadə etmə bacarığına və özünə inamına müsbət təsir edir - bu, loqopedik praktikamda dəfələrlə müşahidə etdiyim bir faktdır".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Niyə insanlarda həm süd, həm də daimi dişlər olur?

Niyə insanlarda həm süd, həm də daimi dişlər olur?

Alimlər insanların niyə iki növ dişə - süd və daimi dişlərə malik olduğunu izah ediblər.  BAKU.WS xəbər verir ki, onların sözlərinə görə, bu xüsusiyyət insanın...

35 Digər 20:44 12 noyabr 2025

Son xəbərlər