"Oskar" mükafatlı rejissor vəfat etdi

Oskar mükafatlı rejissor vəfat etdi
Digər 33

Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.

"Böyük kədər hissi ilə görkəmli ssenarist, rejissor, prodüser və təşkilatımızın üzvü Luis Puenso ilə vidalaşırıq. O, bu gün Buenos-Ayres şəhərində 80 yaşında dünyasını dəyişib", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Puenso 1986-cı ildə "Rəsmi versiya" filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin "Qoca qrinqo" (1989) və "Taun" (1992) filmləri ilə tanınıb.

Rejissor "Oskar"dan başqa "Qızıl qlobus", doqquz "Gümüş kondor" və digər mükafatların sahibidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər