Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
27
dek
2025
21:01
Növbəti iki gündə güclü külək əsəcək.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Xocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 49...