Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin BAKU.WS-ə verdiyi məlumata görə, yanvarın 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Qərb küləyi əsib, arabir Qobustanda 16 m/s-dək güclənib.
Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Saqqız çeynəməyi sevənlərə xoşagəlməz nəticələr barədə xəbərdarlıq
Gün ərzində daim saqqız çeynəməyi vərdişə çevirən insanlar ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu barədə stomatoloq Yekaterina Tsıbina xəbərdarlıq...