MÜTDA: Sertifikatlaşdırma imtahanının ilk günü 98% davamiyyət qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.
Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Bildiririk ki, Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.
Oxşar xəbərlər
Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb
Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidant xüsusiyyətli bitki birləşmələri sayəsində qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə b...