Müqəddəs Ramazan ayı dövründə orucun faydası: Kimlər oruc tutmaya bilər?

Müqəddəs Ramazan ayı dövründə orucun faydası: Kimlər oruc tutmaya bilər?
Digər 206

İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub.

Qurani-Kərimin "Bəqərə" surəsinin 183-cü ayəsində buyurulub: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz".

Oxu.Az xatırladır ki, İslamın beş şərtindən biri olan oruc mədəyə, eləcə də digər orqanlarımıza sağlamlıq baxımından çox faydalıdır.

Müqəddəs Ramazan ayı dövründə orucun faydası: Kimlər oruc tutmaya bilər?

Din xadimləri bildirirlər ki, mədəsindən şikayəti olan, hamilə olan və süd verən qadınlar, xəstəliyinin artacağından qorxan kəslər, hərbidə olan əsgər və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər.

Mütəxəssislər orucun sağlamlığa bir çox faydalarının olduğunu bildirirlər.

Qeyd edirlər ki, oruc, il boyu işləyən mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir. Bu gün bir çox xəstəlikdən xilas olmaqda pəhrizin böyük rol oynadığını hər kəs bilir.

Bundan əlavə oruc ilə insan güclü bir iradə qazanır. Spirt, siqaret və digər zərərli vərdişlərdən oruc tutmaqla xilas olurlar.

Müqəddəs Ramazan ayı dövründə orucun faydası: Kimlər oruc tutmaya bilər?

Oruc orqanizmdəki karbohidrat, zülal və xüsusilə yağ ehtiyatlarının səfərbər olmasını təmin edir. Oruc sayəsində zərərli maddələri süzməkdən xilas olan böyrəklər dincəlməyə və yenilənməyə imkan tapır.

Orucun bu dünyadakı faydalarından biri insanlara aclığın və susuzluğun nə demək olduğunu öyrətməkdir.

Orucun ictimai faydası isə insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırmaqdır.

Oxşar xəbərlər

Apple yeni iPhone 17-ni təqdim etdi

Apple yeni iPhone 17-ni təqdim etdi

Amerikanın Apple şirkəti yeni nəsil smartfonlarını – iPhone 17-ni təqdim edib. BAKU.WS-in məlumatına görə, təqdimat korporasiyanın rəsmi saytında onlayn formatd...

85 Digər 22:58 09 sentyabr 2025

Son xəbərlər