MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib
"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər: "Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.
Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir".
Oxşar xəbərlər
Alimlər diabet riskini azaldan yeni qidalanma üsulu hazırlayıblar
İspan alimlər müəyyən ediblər ki, Aralıq dənizi pəhrizi fiziki aktivlik və kalorinin azaldılması ilə birlikdə tətbiq olunduqda 2-ci tip diabet riskini əhəmiyyət...