Milyonluq qırıcılar əvəzinə ucuz dronlar: Avropadan yeni qərar
Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya bəyan ediblər ki, NATO-nun Rusiyadan qaynaqlanan hava təhdidlərinə qarşı müdafiəni gücləndirməyə çalışdığı bir vaxtda birgə şəkildə yeni, ucuz və avtonom dronlar hazırlayacaqlar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, beş ölkənin müdafiə nazirləri bildiriblər ki, bir il ərzində dronların istehsalı məqsədilə "Ucuz effektorlar və avtonom platformalar" (LEAP) adlı təşəbbüsə start veriləcək.
Təşəbbüs ötən il NATO ərazisində - Estoniya üzərində Rusiya qırıcılarının fəaliyyəti və Polşanın hava məkanına daxil olan dronlarla bağlı insidentlərdən sonra Avropa hava məkanının müdafiəsinə dair artan narahatlıqları əks etdirir.
NATO bu təhdidlərin qarşısını alsa da, min dollarlıq dronları zərərsizləşdirmək üçün milyonlarla dollar dəyərində qırıcıların cəlb edilməsi tənqidlərə səbəb olub.
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...