Milli Paralimpiya Komitəsində YENİ TƏYİNAT
12
sen
2025
12:29
Şahin Kazımzadə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri təyin edilib.
BAKU.WS xəbər verir ki, 1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb.
Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Eləcə də, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.
Oxşar xəbərlər
"Zita və Gita"dan deputatlığa: Rejissorun "yox" dediyi Hema Malini necə əfsanəyə çevrildi?
1948-ci ildə Tamil Naduda doğulan Hema Malini anasının səyi ilə klassik hind rəqslərinə yiyələnərək sənətə gəlib və 1968-ci ildə çəkildiyi ilk böyük rolundan so...