Məşhur amerikalı reperin Rusiyaya gəlməsinə icazə vermədilər

Məşhur amerikalı reperin Rusiyaya gəlməsinə icazə vermədilər
Digər 61

Amerikalı reper, «Pimp My Ride» şousunun ulduzu Xzibitin oktyabrda Rusiya gəlməsinə icazə verilməyib. 

Bu barədə «Mash» teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, reperin vizası gecikib, Yekaterinburq, Sankt-Peterburq və Moskvada konsertləri noyabr ayına təxirə salınıb.

Məlumata görə, artıq Xzibitlə müqavilə bağlanıb, yerlər bronlaşdırılıb, sənətçi əvvəlcədən ödəniş alıb.

Lakin iddiaya görə, Amerikadakı prezident seçkiləri öncəsi Xzibitdən Rusiyaya getməməyi xahiş edən ABŞ səlahiyyətlilərinin təzyiqi səbəbindən tamaşalar təxirə salınır.

Təşkilatçıların bildirdiyinə görə, Xzibit Sibirin yerli musiqi qrupu «Otyken» ilə Rusiyada çıxış etməyi planlaşdırır. 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər