Məşhur amerikalı aktyor Tom Nunen vəfat etdi
18
fev
2026
23:36
Məşhur amerikalı aktyor, prodüser və rejissor Tom Nunen 74 yaşında vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Instagram"da onun "Nə baş verib?" filmindəki həmkarı Karen Sillas məlumat verib.
"Mənim əziz dostum və tərəf müqabilim Tom Nunen 2026-cı ilin Sevgililər Günündə dinc şəkildə həyata gözlərini yumub", - deyə o yazıb.
Sillas aktyorun ölüm səbəbini açıqlamayıb.
Ümumilikdə Nunen 87 filmdə, o cümlədən "Məxfi materiallar" və "Robokop"da çəkilib. Onun son işi 2018-ci ildə ekran üzü görən "Heyvanlar" filmi olub.
Oxşar xəbərlər
Beren Saatdan "Arsen Hanım"a vida…
"Aşk-ı Memnu" serialında "Arsen Hala" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer vəfat edib. BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, Tuncerin ölüm...