Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər
Məktəblilərin dərslik və ya qadcetlər qarşısında düzgün oturmaması onurğa sütununa ciddi zərər vura bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı ortoped-travmatoloq Andrey Litvinenko "Moskva 24"ə açıqlamasında deyib.
Mütəxəssis qeyd edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq sağlamlıq üçün təhlükə yarada bilər:
"Bu, dövrümüzün əsl bəlasıdır. Uşaqlar dərslərini bitirdikdən sonra planşet və ya telefonla dincəlirlər. Nəticədə boyun əzələləri demək olar ki, ümumiyyətlə dincəlmir və davamlı olaraq gərgin vəziyyətdə qalır. Bu hal tez-tez təkrarlandıqda ağrıların yaranmasına, həmçinin fəqərələrin və fəqərəarası disklərin yerdəyişməsinə səbəb ola bilər. Ağır hallarda həkimlər hətta cərrahi müdaxiləni nəzərdən keçirməli olurlar".
Həkim həmçinin ayaqları altına yığaraq oturmağın zərərli olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu cür oturuş diz oynağının menisklərinə mənfi təsir göstərə bilər.
Litvinenko əlavə edib ki, belə duruş onurğa sütununa da mənfi təsir göstərir.
Oxşar xəbərlər
"Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı somnoloq və...