Meksikada "TikTok" ulduzu canlı yayımda öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikada "TikTok" platformasında makiyaj videoları ilə tanınan 23 yaşlı Valeria Markez canlı yayım zamanı silahlı hücuma məruz qalıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Zapopan şəhərindəki gözəllik salonunda baş verən hücum nəticəsində Markez həyatını itirib.
Halisko əyalət prokurorluğu ölümlə bağlı istintaqın başladığını açıqlayıb.
Hadisə zamanı canlı yayımda arxa plandakı bir şəxsin Markezi gələnlər barədə xəbərdar etdiyi eşidilib. Hücumdan sonra naməlum şəxs telefonu götürərək yayımı dayandırıb.
Qeyd edək ki, "Instagram" və "TikTok"da bloqerin 200 minə yaxın izləyicisi var idi.
Oxşar xəbərlər
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək baz...