Mehtap Şafak: "Ruh o qədər ac olur ki, nahardan sonra bir də yemək istəyirsən"

"Bədənin aclığı ruhun boşluğudur. Travmaların kilosu var. Çəki atmaq istəyəndə yalnız idman etmək deyil, həm də ruhu anlamaq, eşitmək lazımdır. Başa düşülməyən hər duyğu doymayan bir vücudda təzahür edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ailə və münasibət məsləhətçisi Mehtap Şafak "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ruh o qədər ac olur ki, nahardan sonra da yenidən yemək istəyi yaranır:
"Yemək yedikdən sonra doysaq da, ardınca gələn nəsə "atışdırmaq" istəyi ruhun aclığına görə baş verir. Duyğusal aclıq bir anda mən acam deməz. Uşaqlıqda yaşananlar, yox sayılmaq, görməzdən gəlinmək duyğusal boşluq yaradır".
Mehtap Şafak qeyd edib ki, basdırılan hər duyğu dəyişiklik anında yenidən baş qaldırır:
"Məsələn, əgər bir insan şirniyyatı çox sevir, şirniyyat böhranı yaşadığını deyirsə, demək, o, sevgi duyğusunu doldurmağa çalışır".
Məsləhətçi vurğulayıb ki, yeməklərin, hər qidanın öz dili var:
"Güclü şəkər istəyi gəldisə, dofamin aşağıdır. Ruh burada "mənimlə bağ qur" deyir. Bu zaman sevdiyimiz insanla görüşə bilməsək də, danışmaq lazımdır.
Duzlu və yağlı yemək qəbul etmək istəyi stres və kortizolun yüksək olduğunu söyləyir. Bu zaman duş ala bilmiriksə, üzümüzü soyuq su ilə yumaq lazımdır.
Xəmir xörəkləri yuva, ana, ailə ortamı deməkdir, ona duyulan darıxma hissidir. Vücudun qayğıya ehtiyacı olduğunu bildirir.
İstiotlu və xırt-xırt qidalar sevənlər daxilən acı, ağrı çəkirlər.
Bəziləri pis olduqda iştahası kəsilir. Vaxtilə özünü dəyərsiz hiss etmiş, yox sayılan insanlarda bu hisslər yetkinlik dövründə baş qaldırır. Onlar ani duyğu dəyişikliyi zamanı yemək istəmirlər, iştahaları kəsilir.
Spirtli içki aludəçiliyi duyğunu rədd etmək deməkdir. İnsanı narahat edən şey nədirsə, onunla üzləşmək, söhbət etmək lazımdır".
Oxşar xəbərlər
Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" olimpiadasının yarımfinal turu keçirilib
Naxçıvanda şagirdlər arasında "Qərbi Azərbaycana qayıdış" olimpiadasının yarımfinal turu baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, mayın 24-də Naxç...
