MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub.
Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparır.
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...