May günəşinin təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dermatoloq may ayında günəş şüalarının insan dərisi üçün daha riskli ola biləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, dermatoveneroloq Valeriya Şapovalova bildirib ki, qış dövründə dəri ultrabənövşəyi şüalara öyrəşmir və melanin ifrazı azalır. Bu səbəbdən yaz aylarında günəşə qarşı həssaslıq artır və dəri daha tez yanır.
Həkimin sözlərinə görə, may ayında günəş şüalarının intensivliyi artıq yay səviyyəsinə yaxın olur, lakin hava sərin olduğu üçün insanlar uzun müddət günəş altında qalaraq riski hiss etmir.
O qeyd edib ki, atmosferin hələ tam "tozlanmaması" ultrabənövşəyi şüaların daha güclü keçməsinə şərait yarada bilər.
Mütəxəssis günəşdən qorunmaq üçün SPF 30 və daha yüksək qoruyucu kremlərdən istifadəni, həmçinin günəş indeksinə diqqət etməyi tövsiyə edib. O, qoruyucu vasitələrin hər iki saatdan bir yenilənməsinin vacibliyini vurğulayıb.
Həkim əlavə edib ki, günəş yanığı baş verdikdə sərin duş qəbul etmək və dərini sakitləşdirici vasitələrlə müalicə etmək lazımdır. Peeling və skrabların istifadəsi isə vəziyyəti daha da ağırlaşdıra bilər.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...