Marsda insan qanından evlər tikiləcək

Marsda insan qanından evlər tikiləcək
Digər 705

Beynəlxalq alimlər qrupu Marsda binaların tikilməsi üçün qan, zülal və digər insan bioloji mayelərindən istifadə etməyi təklif edib.

BAKU.WS xəbər verir ki, araşdırma Acta Astronautica jurnalında dərc olunub.

Elmi işin müəllifləri qeyd ediblər ki, Marsa ilk ekspedisiya ilə gedəcək astronavtlar məhdud miqdarda resurs apara biləcəklər. Buna görə də, mütəxəssislər insan qanı əsasında binaların tikintisi üçün istifadə edilə bilən material hazırlayıblar.

Tədqiqatçılar insan qanı və sidiyinin qədim Roma betonunun hazırlanmasında istifadə edildiyini xatırladıb. "Bir az qəribə olsa da, qandan Marsda dayanıqlı beton və ya kərpic yaratmaq üçün istifadə oluna bilər," deyə alimlər bildiriblər.

Materialda qeyd edilir ki, Mars torpağında müxtəlif növ betonlar üçün uyğun kimyəvi tərkib mövcuddur. Materialların gücünü artırmaq üçün onlara qan, sidik, tər və gözyaşı əlavə etmək mümkündür. Eyni zamanda, Mars şəraitində bu materialları hazırlamaq üçün suya ehtiyac yoxdur.

Alimlər bildiriblər ki, bir astronavt öz qanından 72 həftə ərzində bir nəfərlik bir quruluş tikmək üçün kifayət qədər protein istehsal edə bilər.

Son xəbərlər