Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq
30
may
2025
18:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa və ABŞ Ukraynadakı münaqişənin tez bir zamanda həllinə nail ola bilməsə, təhlükəsizlik məsələlərində onlara olan etimad sarsılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron Sinqapurda keçirilən təhlükəsizlik konfransında səsləndirib.
"Əgər ABŞ və avropalılar qısa müddətdə Ukraynada vəziyyəti nizamlaya bilməsələr, düşünürəm ki, onlara olan etimad son dərəcə azalacaq", - o, Asiyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və Qərbin Çini çəkindirməyə hazırlığı kontekstində bildirib.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...