Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub.
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, esse üzrə isə 5 bal toplaya bilərlər.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq.
Oxşar xəbərlər
Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb
Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidant xüsusiyyətli bitki birləşmələri sayəsində qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə b...