Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?
Digər 2736

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.

Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şaiyələr dolaşır. "Lazer zərərlidir", "Onkoloji (xərçəng) xəstəliklərinə səbəb olur", kimi fikirlərə inananlar az deyil. 

BAKU.WS bu suallara elmi faktlar, mütəxəssis rəyləri və nümunələrlə cavab axtarıb.

Lazerin bilinən mümkün zərərləri qısamüddətli və yerli təsirlər, səri qızarması, yanma hissi, qabıq bağlama və ya şişlik, nadirdə olsa, pigment dəyişiklikləri (qaralma və ya ağarma), həssas dərilərdə qabıqlanma, qıcıqlanmadır. 

Lazer epilyasiyasının uzunmüddətli təsirləri:

Bu sahədə tədqiqatlar davam etsə də, hazırda elmi şəkildə sübut olunmuş onkoloji risk yoxdur. Lakin bəzi mütəxəssislər uzunmüddətli, nizamsız və qeyri-standart cihazlarla edilən lazerin dəri hüceyrələrinə mənfi təsir göstərə biləcəyini qeyd edir.

Lazer xərçəng yaradırmı? – Elmi baxış

Lazer epilyasiyasında istifadə olunan şüalar ionlaşdırıcı deyil – yəni rentgen və ya radioaktiv şüalar kimi hüceyrənin genetik kodunu dəyişmir. Odur ki, birbaşa xərçəng riski yaratdığı elmi olaraq sübut edilməyib.

Amerika Dermatologiya Akademiyası (AAD) və Dünya Sağlamlıq Təşkilatı (WHO) bildirir ki, lisenziyalı klinikalarda və sertifikatlı cihazlarla icra olunan lazer prosedurları təhlükəsizdir. Amma istisna hallar üçün klinik müşahidələrə ehtiyac olduğunu vurğulayırlar.

Hal-hazırda elmi ədəbiyyatda lazer epilyasiyasının xərçəng yaratdığına dair konkret sübut və ya rəsmi qeyd olunan hadisə yoxdur. Bəzi sosial mediada dolaşan iddialar olsa da, bunlar elmi jurnallarda və tibbi sənədlərdə təsdiqlənməyib. Araşdırmalarda bildirilib ki, əgər lazer proseduru düzgün aparılmırsa, mövcud dəridə olan xərçəngönü dəyişiklikləri stimullaşdırıla bilər, lakin bu da çox nadir və fərdi haldır.

Kimlər üçün lazer risklidir?

Dəri xərçəngi keçirmiş şəxslər, aktiv dəri xəstəliyi olanlar (psoriaz, ekzema), hormonal balans pozğunluğu olan şəxslər (çünki tüklər geri qayıda bilər), yeni yanıqlı və ya açıq yaralı dəriyə lazer tətbiq etmək risklidir.

Oxşar xəbərlər

Kondisionerdən gündəlik istifadə edənlərin NƏZƏRİNƏ

Kondisionerdən gündəlik istifadə edənlərin NƏZƏRİNƏ

Yay aylarının qızmar istisində kondisionerlər bir çox ev və iş yerlərində əvəzolunmaz texnologiyaya çevrilib. BAKU.WS xəbər verir ki, lakin mütəxəssislər bu ci...

310 Digər 18:53 25 iyul 2025

Son xəbərlər