Kişilər dünyada qadınlara nisbətən 20 əsas sağlamlıq probleminin əksəriyyətindən daha çox ölürlər

Kişilər dünyada qadınlara nisbətən 20 əsas sağlamlıq probleminin əksəriyyətindən daha çox ölürlər.
BAKU.WS The Lancet Public Health jurnalında dərc olunan yeni araşdırmaya istinadən xəbər verir ki, 2021-ci ildə kişilərin 20 əsas xəstəlik və xəsarət səbəbindən həm xəstələnmə, həm də ölüm halları qadınlara nisbətən daha çox olub. Bunlara COVID-19, yol-nəqliyyat qəzaları, ürək, qaraciyər və ağciyər xəstəlikləri daxildir.
Araşdırma göstərib ki, qadınlar adətən daha uzun ömür sürürlər, lakin həyatları boyu daha çox xəstəliklə üzləşirlər. Onlar arasında qeyri-ölümcül, lakin xroniki xəstəliklərə – əzələ-oynaq problemləri, psixi pozuntular və baş ağrıları daha çox rast gəlinir.
Tədqiqatçılar bu nəticəyə 2021-ci ilin Qlobal Xəstəlik Yükü Araşdırmasının məlumatlarını təhlil edərək gəliblər.
Məlum olub ki, kişilər COVID-19-a 45% daha çox yoluxur və qadınlarla müqayisədə 45% daha çox ölürlər. Bu fərq xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində daha kəskin müşahidə olunub.
Kişilər, həmçinin ürək xəstəliklərinə qadınlardan 45% daha çox tutulur və bu xəstəlikdən 45% daha çox ölürlər. Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiyada ürək xəstəliklərinin yükü daha ağırdır – kişilər arasında bu xəstəliklərin riski 49% daha yüksəkdir.
Tədqiqat onu da göstərib ki, kişilərdə daha çox rast gəlinən xəstəliklər adətən gənc yaşda ciddi təhlükə yaratmasa da, istisna olaraq 10–24 yaş arası kişilər arasında yol-nəqliyyat qəzaları geniş yayılıb.
Qadınlarda isə 2021-ci ildə bel ağrısı ən geniş yayılmış xəstəlik olub – bu problem onlarda kişilərə nisbətən 30% daha çox qeydə alınıb.
Əlavə olaraq, qadınlar kişilərdən fərqli olaraq sağlamlıq problemləri ilə daha erkən yaşlarda qarşılaşırlar və bu problemlər zamanla daha da ağırlaşır.

Oxşar xəbərlər
Qarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Qarabağ Universitetində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummil...