Kimlər sarımsaq yeməməlidir? - Virusları öldürdüyü deyilən bitkinin zərər və faydaları

Sarımsağın bir çox faydalı xüsusiyyətləri var. Tərkibində orqanizmi virusların təsirindən qoruyan şəfalı yağlar yer alır.
BAKU.WS xəbər verir ki, bu barədə "Veçernyaya Moskva" nəşrinə dietoloq Yelena Solomatina məlumat verib.
"Tərkibində unikal efir yağları var. Onlar potensial virusları dəf edirlər. Bu, özünüz üçün diqqətə almalı olduğunuz məhsuldur. Soyuqdəymə zamanı sarımsaq yeməyi məsləhət görürəm. Ancaq bu, soyuqdəymə ilə mübarizənin yeganə vasitəsi ola bilməz", - deyə mütəxəssis vurğulayıb.
Dietoloq qeyd edib ki, sarımsaq istehlakı norması hər oqanizm üçün fərdidir:
"Mən gündə bir dişdən çox çiy sarımsaq yeməyi məsləhət görürəm. Ancaq bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktında problemi olanlar. Efir yağları bağırsaq mukozasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər".
Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırdığından aterosklerozlu insanlar üçün faydalıdır.
"Lakin, bir insanın qanını durulaşdırmağa ehtiyacı yoxdursa, əksinə, laxtalanması lazımdırsa, sarımsaq rasiondan tamamilə xaric edilməlidir" deyə dietoloq vurğulayıb.

Oxşar xəbərlər
Yaşlı insanlar temperatur dəyişikliklərini daha asan necə keçirə bilər?
Rusiyalı gerontoloq həkim Valeriy Novoselov bildirib ki, lazımi dərmanların qəbulu, hava şəraitinə uyğun geyim və şəhərdən kənar səfərlər yaşlı insanlara temper...