Kim daha çox yorğun olur: Qadın, yoxsa kişi?
Bir qrup alim qadınların yorğunluğunu düzgün qiymətləndirmədiyini və kişilərin yorğunluğunu isə çox hesablandığını aşkar ediblər.
Qadınlar daha çox yorğun hiss etdiklərini desələr də, müşahidə edənlər onları daha az yorğun görürlər.
BAKU.WS xəbər verir ki, bu nəticələr Sex Roles jurnalında dərc edilib.
Tədqiqat universitet tələbələri ilə aparılıb və 71 nəfər bu tələbələrin yorğunluğunu qiymətləndirib. Məlum olub ki, qadınlar daha çox yorğun olsalar da, daha az yorğun kimi görünürlər. Bu, qadınların daha diqqətli və ifadəli davranışları ilə bağlıdır.
Alimlər qeyd edirlər ki, qadınların yorğunluğunu düzgün qiymətləndirməmək səhv diaqnoz və müalicənin gecikməsinə səbəb ola bilər. Kişilərin yorğunluğunun çox qiymətləndirilməsi isə lazımsız tibbi testlərə səbəb ola bilər.
Alimlər yorğunluğun düzgün qiymətləndirilməsi üçün gender fərqlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıblar və bu mövzuda daha çox tədqiqat aparmağı planlaşdırırlar.
Oxşar xəbərlər
Bitkoin 3 %-ə yaxın ucuzlaşıb
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb. "Report" xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzl...