Kəlbəcərin işğal olunması nəticəsində xüsusi və dövlət mülkiyyətinə 2,2 milyard AZN-dən çox ziyan dəyib

Kəlbəcərin işğal olunması nəticəsində xüsusi və dövlət mülkiyyətinə 2,2 milyard AZN-dən çox ziyan dəyib
Digər 71

Kəlbəcər rayonunun işğal olunması nəticəsində Azərbaycan və Azərbaycan xalqının mülkiyyətində olmuş 17 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.

"Report" xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində açıqlayıb.

Belə ki, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bürcünə görə daha inanclı olan insanlar

Bürcünə görə daha inanclı olan insanlar

Astroloji yanaşmaya görə bəzi bürclərin nümayəndələri mənəvi dəyərlərə, dini inanclara və görünməyən aləmə daha çox maraq göstərə bilirlər. Onlar həyatdakı hadi...

152 Digər 23:59 22 avqust 2026

Son xəbərlər