İyun ayında qarpız yemək olar? – Mütəxəssislər xəbərdarlıq edir
Yay fəslinin sevilən meyvələrindən olan qarpız artıq iyun ayından satışa çıxıb. Lakin mütəxəssislər bu dövrdə qarpız istehlakına ehtiyatla yanaşmağı tövsiyə edir.
BAKU.WS xəbər verir ki, həkim-diyetoloqların sözlərinə görə, qarpız təbii şəraitdə iyul-avqust aylarında yetişir.
İyunun əvvəlində bazara çıxarılan qarpızların əksəriyyəti ya yetişdirici maddələrlə böyüdülür, ya da süni üsullarla tez yetişdirilir. Bu da sağlamlıq üçün ciddi risklər yarada bilər.
Qida zəhərlənməsi, bağırsaq pozğunluqları, allergik reaksiyalar və digər fəsadlar erkən mövsüm qarpızlarından qaynaqlana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.
Mütəxəssislər bildirir ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır.
Oxşar xəbərlər
Saqqız çeynəməyi sevənlərə xoşagəlməz nəticələr barədə xəbərdarlıq
Gün ərzində daim saqqız çeynəməyi vərdişə çevirən insanlar ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu barədə stomatoloq Yekaterina Tsıbina xəbərdarlıq...