İtlər daha AĞILLIDIRLAR - Alimlər açıqladı
"Scientific American" jurnalında dərc olunan yeni araşdırma itlərin düşündüyümüzdən daha yüksək idrak qabiliyyətinə sahib olduğunu göstərib.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi itlər sadəcə əmrlərə reaksiya vermir, anlayır, müqayisə edir və nəticə çıxarır.
Tədqiqatda müxtəlif cinslərdən olan itlər iştirak edib. Onlara fərqli tip və formada oyuncaqlar təqdim olunub. İtlərdən "atma oyuncağı" və ya "dartma oyuncağı" kimi kateqoriyalara uyğun əşyaları seçmək tələb olunub. Müşahidələr göstərib ki, bir çox itlər yeni gördükləri oyuncaqların belə hansı kateqoriyaya aid olduğunu düzgün müəyyənləşdiriblər.
Mütəxəssislər deyir ki, bu nəticələr itlərin abstrakt düşünmə qabiliyyətinə malik olduğunu göstərir. Onlar yalnız konkret əşyaları yadda saxlamır, ümumiləşdirmə aparırlar.
Kynoloq və zoopsixoloq Aleksandr Slutski vurğulayıb ki, itlərin intellekti daha çox sahibinin yanaşmasından asılıdır: onlarla müntəzəm məşq və inkişaf etdirici oyunlar aparılarsa, nəticə daha yüksək olur.
Araşdırmanın müəllifləri hesab edir ki, bu tapıntılar itlərin öyrədilməsinə yanaşmanı dəyişə bilər.
Oxşar xəbərlər
Qan testi ilə xərçəngin aşkarlanmasında ümidverici YENİLİK
Xərçənglə mübarizədə irəliləyişlər yavaş getsə də, hazırlanmış yeni qan testi elm dünyasında diqqət çəkib. BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Galler...