İstanbul-Mersin təyyarəsi 3 dəfə qəza təhlükəsi yaşadı: 1 nəfər ürək tutması keçirib

İstanbul-Mersin təyyarəsi 3 dəfə qəza təhlükəsi yaşayıb.
BAKU.WS xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Ürək tutmaları oldu, sərnişinlər etiraz etdilər: Pilot dəyişdirildi.
İstanbul-Mersin reysini həyata keçirən təyyarə sərnişinlərə dəhşətli anlar yaşadıb. Sərnişinlərin sözlərinə görə, təyyarə Aralıq dənizi üzərində 3 dəfə qəzaya uğrama təhlükəsi ilə üzləşib və bundan sonra məcburən Kayseriyə eniş edib.
Təyyarədə bəzi sərnişinlər ürək tutması yaşayıb. Qorxuya düşən bəzi sərnişinlər Kayseridə təyyarəyə yenidən minməkdən imtina ediblər. Hadisəyə polis müdaxilə edib və pilotun dəyişdirildiyi bildirilib.
Sərnişinlərdən birinin iddiasına görə, 1 nəfər ürək tutması keçirib, 1-2 nəfər huşunu itirib, 1 nəfərin isə vəziyyəti pisləşib və ona müdaxilə edilib.
İstanbul - Mersin arası sefer yapan bir uçak, Akdeniz üzerinde 3 kez düşme tehlikesi yaşadı.
— DarkWeb Haber (@Darkwebhaber) November 18, 2024
Zorunlu olarak Kayseri’ye iniş yapan uçaktaki yolcular yaşananlar nedeniyle korkarak uçuşa devam edemedi. (Ekol TV)
pic.twitter.com/FkjOP5Uytc

Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
