İspaniyada iyun ayı üçün istilik rekordu qeydə alınıb

İspaniyada iyun ayı üçün istilik rekordu qeydə alınıb
Digər 7

Bu həftə İspaniyada iyun ayı üçün istilik rekordu qeydə alınıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İspaniyanın Milli Meteorologiya Agentliyi ölkənin əsas hissəsində 1950-ci ildən bəri iyun ayı üzrə ən yüksək orta gündəlik temperatur qeydə alındığını bildirib.

Ölkənin əksər bölgələrində cümə axşamı temperaturun enəcəyi gözlənilsə də, şimalda bəzi rayonlarda yüksək hava təhlükəsi səviyyəsi qalmaqdadır.

Proqnozlara görə, Bilbao şəhərində havanın temperaturu 39,3°C-yə çatacaq.

Meteoroloqlar anomal istilərin bir sıra Avropa ölkələrinə təsir göstərməyə davam etdiyini qeyd edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər