İşıqlar söndü, insanlar attraksionda qaldılar - DƏHŞƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Odessada işıqların sönməsi səbəbindən insanlar attraksionda ilişib qaldılar.
BAKU.WS xəbər verir ki, bu barədə ukrayna mətbuatı "Strana.ua" Telegram-kanalında məlumat yayıb.
Məlumata görə, hadisə Şevçenko parkında baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib. Digər təfərrüatlar hələlik verilmir.
Qeyd edək ki, son günlərdə Odessada elektrik kəsintiləri müşahidə olunur. Bəzi məlumatlara görə, bəzı evlərdə işıq artıq iki gündür yoxdur. Başqa yerlərdə isə işıq yalnız üç saat müddətinə bərpa edilib. Bu səbəbdən şəhər sakinləri yaxın günlərdə bir neçə küçədə yolu bağlayıblar.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...